Sərxoş halda avtoxuliqanlıq edən sürücü həbs olunub - Foto

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində keçirilən nəzarət-profilaktik tədbirlər zamanı avtoxuliqanlıq hərəkətləri edərək ictimai aşayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, rayon sakini Elvin Əhmədov idarə etdiyi “VAZ-21015” markalı avtomobil ilə şəhərin küçə və prospektlərində yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq edib.

Yol Patrul Xidmətinin əməkdaşlarının “saxla” əmrinə tabe olmayan sürücünün saxlanılan zaman orta dərəcəli sərxoş olduğu da müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Elvin Əhmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, inzibati həbs edilib.

Tarix
30 İyun 2022 [14:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-30 14:00:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin