"Anadolu Qartalı - 2022" təlimində "Yüksək səviyyəli müşahidəçi günü" keçirildi - FOTO

Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan "Anadolu Qartalı-2022" beynəlxalq taktiki-uçuş təlimi çərçivəsində "Yüksək səviyyəli müşahidəçi günü" keçirilib.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Hərbi Hava Qüvvələri komandanının müavini general-mayor Namiq İslamzadə iştirak edib.

Əvvəlcə qonaqlara təlimin gedişatı, qarşıya qoyulan tapşırıqların məqsədi və yerinə yetirilmə dərəcəsi barədə brifinq təqdim olunub, sonra "Anadolu Qartalı - 2022" beynəlxalq taktiki-uçuş təlimi ilə bağlı qısametrajlı film nümayiş etdirilib.

Tədbirdə qardaş, dost və müttəfiq ölkələrin hərbi hava qüvvələrinin şəxsi heyəti ilə birgə keçirilən beynəlxalq təlimə Türkiyənin ev sahibliyi etməsinin qürurverici amil olduğu diqqətə çatdırılıb. Təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib və onlara gələcək xidmətlərində müvəffəqiyyətlər arzulanıb.

Sonra qonaqlara Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupunun iştirakı ilə nümunəvi uçuşlar təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.

 

Tarix
29 İyun 2022 [21:19]
Müəllif
Üç nöqtə
2022-06-29 21:19:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin