Qızdırmanın yeni növü aşkarlandı

13:06 - 29 İyun 2022 - DÜNYA

Rusiyada qızdırmanın yeni növü aşkar edilib. 

Bu barədə Seçenov Universitetinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Rostov vilayətində aşkarlanmış yeni ştammın yaranmasına gənə dişləməsi səbəb olub.  “Krım-Konqo hemorragik” adlanan bu qızdırma növündən artıq iki ölüm halı qeydə alınıb. 

Bu xəstəlik əsasən Afrika, Balkanlar, Yaxın Şərq və bir sıra Asiya ölkələrində yayılıb. ///lent.az

Xəbər xətti