Azərbaycan millisi Türkiyə ilə heç-heçə etdi

07:54 - 29 İyun 2022 - İDMAN

İstanbulda təlim-məşq toplanışında olan Azərbaycanın qadın futbolçulardan ibarət millisi Türkiyə yığması ilə növbəti yoldaşlıq oyununu keçirib. Ucnoqta.az xəbər verir ki, qarşılaşma Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində olub. Oyun 2:2 hesabı ilə başa çatıb. Millimizin qollarını 65-ci dəqiqədə Sevinc Cəfərzadə və 75-ci dəqiqədə Kristina Bakaranadze vurub. Qeyd edək ki, bu komandalar arasında iyunun 25-də keçirilmiş ilk oyun 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatmışdı.

Xəbər xətti