Belarus ərazisindən Ukraynaya raket zərbəsi ENDİRİLDİ

14:10 - 25 İyun 2022 - DÜNYA

Bu gün Belarus ərazisindən endirilən raket zərbələri Belarusu Ukraynaya qarşı müharibəyə daha da cəlb etmək üçün Rusiya Federasiyasının genişmiqyaslı təxribatıdır.

Ucnoqta.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi feysbukda məlumat yayıb.

“İyunun 25-nə keçən gecə Ukrayna ərazisinə böyük raket və bomba hücumu həyata keçirilib. Xüsusilə, Rusiya bombardmançıları birbaşa Belarus ərazisindən “işləyib”. Bu məqsədlə 12 X-22 qanadlı raketi buraxan altı Tu-22M3 təyyarəsi cəlb edilib. Atəş xətti Ukraynanın dövlət sərhədindən təxminən 50-60 kilometr aralıda, Mozır yaxınlığındakı Petrykov şəhərinin ərazisidir. Bombardmançılar Rusiyanın Kaluqa vilayətinin "Şaykovka" hava limanından havaya qalxıb. Daha sonra Kaluqa və Smolensk vilayətləri ərazisi vasitəsilə Belarusun hava məkanına daxil olub. Raketləri buraxdıqdan sonra onlar Rusiyanın Şaykovka hava limanına qayıdıblar. Zərbə Kiyev, Çerniqov və Sumı vilayətlərinə endirilib”, - deyə Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Agentlik qeyd edir ki, bu, birbaşa Belarus ərazisindən Ukraynaya ilk hava zərbəsidir.

Xəbər xətti