"Qarabağ" bu gün Avropada ilk oyununa çıxır

12:56 - 25 İyun 2022 - İDMAN

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Ucnoqta.az xəbər verir ki, rəqib Rumıniya "Botoşani"si olacaq.
Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Yoxlama oyunu
25 iyun


19:00. "Qarabağ" - "Botoşani"

Kössen stadionu

Qeyd edək ki, növbəti oyunlar iyunun 29-da olacaq. "Qarabağ" həmin gün Almaniyanın "Holştayn Kiel" və Rumıniyanın "Universitatya Krayova" klubları ilə üz-üzə gələcək.

"Botoşani" ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında "Universitatya Krayova"ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.

Xəbər xətti