Dünyada qızıl ucuzlaşır, Azərbaycanda isə ...

11:00 - 24 İyun 2022 - İQTİSADİYYAT

Qızılın qiyməti aşağı düşür.

Ucnoqta.az xəbər verir ki, bu gün səhər qızılın qiyməti ardıcıl beşinci ticarət sessiyasında azalmağa başlayıb. Bu dolların möhkəmlənməsi fonunda baş verir.
Baki vaxtı ilə saat 8:41-ə olan məlumata görə, Nyu-Yorkun Comex birjasında qızılın avqust fyuçerslərinin qiyməti 4,15 dollar və ya 0,22% azalaraq 1 troy unsiyası üçün 1825,85 dollar təşkil edib. İyul gümüş fyuçersləri 0,14% ucuzlaşaraq bir unsiya üçün 21,012 dollar olub.

Qeyd edək ki, qiymətli metal bazarı ardıcıl beşinci ticarət sessiyasında mənfi dinamika ilə diqqət çəkir. İnvestorlar ABŞ Federal Ehtiyat Sisteminin (FRS) pul siyasətinin sərtləşdirilməsi perspektivlərini qiymətləndirirlər. Belə ki, Federal Ehtiyat Sistemi bu yaxınlarda uçot dərəcəsini birdən-birə 75 bp artıraraq illik 1,5-1,75%-ə çatdırıb. Bundan əlavə, bildirilib ki, qurum inflyasiyanı yavaşlatmaq üçün səylərini davam etdirəcək.

Apardığımız araşdırma nəticəsində məlum oldu ki, dünya bazarında qızılın ucuzlaşmasına baxmayaraq Azərbaycanda qızılın qiyməti sabit qalıb.

Xəbər xətti