"Deputat tanıyıram ki, obyektlərindən topladığı icarə haqqı 200 mindir" - Osman Gündüz

"Bu gün Milli Məclis deputatların maaşının kəskin surətdə– 43% artırılması, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilməsini 1-ci oxunuşda qəbul edib.
Dəyişiklik qəbul olunsa sıravi deputatların maaşları , hər aylıq əlavələri də nəzərə almaqla 7455 manata yüksələcək."


Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.

Osman Gündüzün sözlərinə görə, dəyişiklik qəbul olunsa, Əgər deputat sırf peşəkar formada deputatlıqla məşğul olarsa, peşəkar formada qanun yaradıcılığı ilə məşğul olacaqsa bu məbləğdə maaş tam normal qarşılana bilər: 

"Hamı bilir ki, bu tip deputatlar olduqca azdır, şəxsən mən belələrinin hamısını tanıyıram, parlament rəhbərliyində təmsilçilikdən  tutmuş sıravi deputatadək belələri var. Düşünürəm ki, kənardan heç bir gəliri olmayan bu tip deputatlara yaradıcı, analitik və deputat fəaliyyəti üçün qeyd olunan məbləğ bəlkə də azdır. Amma hamı bilir ki, bizim Milli Məclisdə vəziyyət necədir. Deputatların böyük əksəriyyətinin real biznesləri var. Bəziləri heç bunu gizlətmirlər və müsahibələrində qeyd edirlər. Təkrar edirəm ki , mən onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim.
Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Seçicilərinin hamısı da bunu bilir. Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır?

Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə, həm biznesindən gəlirlər əldə edəcək, həm də 7455 manat dövlətdən alacaq. Bildiyim qədər bəziləri heç bunun fərqində də deyillər. Amma kimlərsə bu məsələni gündəmə gətirib və böyük əksəriyyət biznesmen, oliqarx deputatlar da, hətta arzulamasalar belə bu cür biabırçılığa qol qoymalıdır."

Tarix
22 İyun 2022 [22:29]
Müəllif
Üç nöqtə
2022-06-22 22:29:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin