Həbs edilən generalın nədə ittiham olunduğu bəlli oldu

“Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilovun nədə ittiham olduğu məlum olub.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, gömrük generalı külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir.

Onun 200 mindən çox rüşvət aldığı bildirilir.

Qeyd edək ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Tarix
22 İyun 2022 [19:41]
Müəllif
Üç nöqtə
2022-06-22 19:41:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin