Quru sərhədlər bağlıdırsa, xarici nömrəli maşınlar ölkəyə necə keçir? - FOTO

Son vaxtlar ölkəmizdə xarici qeydiyyat nişanlı avtomobillərə tez-tez rast gəlmək olur. Adətən Rusiya, Ukrayna, Türkiyə və daha çox Gürcüstana aid nömrələrlə idarə edilən avtomobillər paytaxt küçələrində üstünlük təşkil edir.

Xatırladaq ki, Azərbaycan pandemiya ilə əlaqədar 2020-ci ilin mart ayından quru sərhədlərini bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə həyata keçirilir.
Maraqlıdır, quru sərhədlər bağlı olduğu halda xarici qeydiyyat nişanlı avtomobillər şəhəri necə bürüyüb? Onlar ölkəyə necə buraxılır?

Ucnoqta.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov sorğumuzu belə cavablandırıb:
“Gürcüstana aid nömrələrlə idarə edilən avtomobillər əsasən Gürcüstanda yaşayan azərbaycanlılardır. Hansı ki, onlar pandemiyadan öncə ölkəyə daxil olub, sərhədlər bağlanıb, sonradan geri qayıtmaları mümkün olmayıb. Pandemiya dövründə burada qalan avtomobillər var ki, hələ də ölkələrinə qayıda bilmirlər.. Bundan əlavə Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi ilə ölkəyə giriş edən əcnəbi qeydiyyatlı avtomobillər də olur. Yəni onlar istisna hallarda aidiyyəti qurumdan rəsmi icazə alır və sərhəd keçid məntəqələrindən buraxılırlar”.

Tarix
14 İyun 2022 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-06-14 14:43:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin