Azərbaycanda avtomobillərin qiyməti bahalaşdı

Azərbaycanda il başlayandan bu günə qədər avtomobillərin qiyməti 2-5% qiymət artıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, ötən ay həm yeni, həm də köhnə avtomobillərin satışı artıb:

"Hər il yaya doğru avtomobillərə tələbat artır. Bu səbəbdən avtomobillərin qiyməti qalxır. Vətəndaşlar əvvəlki illərlə müqayisədə yeni avtomobil almağa üstünlük verirlər".

Ekspert bildirib ki, yeni avtomobil bazarında aktivlik təkrar avtomobil bazarından daha çoxdur.
“Ötən ay birinci əl avtomobil bazarında alıcılar krossover və mini krossoverlərə üstünlük verib. Təkrar avtomobil bazarında isə əsas tələb mühərrik həcmi 1 500 kubsantimetrdən 2 500 kubsantimetrə qədər olan sedan və heçbeklərə olub. Yeni avtomobil bazarında isə əsas üstünlük hibrid avtomobillərə verilib. Bunlar mühərrik həcmi 2 500 kubsantimetr olan krossoverlərdir.

E.Cəfərovun sözlərinə görə, bu ayın sonunda bazarda qiymətlərin bir qədər artacağı gözlənilir:

“Hər rübün sonunda avtomobil istehsalçıları tərəfindən yeni avtomobillərin qiyməti 2-5 % artırılır. Məsələn, yanvar-mart ayları ərzində qiymətlərdə 2-5 % civarında artım var idisə, ikinci rübün sonuna doğru da qiymətlərin bu həddə yüksələcəyi gözlənilir. Bu, bizim daxili bazarla deyil, istehsalçı şirkətlərlə əlaqədardır. Qiymət artımının əsas səbəbi avtomobillərin ehtiyat hissələrinin və logistika qiymətlərinin artmasıdır. Ümumi götürsək, yay ayında avtomobillərin qiymətitn artması gözlənilmir".

Tarix
13 İyun 2022 [20:53]
Müəllif
Üç nöqtə
2022-06-13 20:53:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin