Gömrükçülər qan verdilər

Gömrük əməkdaşları “Qan ver, ümid ol” şüarı altında keçirilən könüllü qanvermə aksiyasında iştirak ediblər. 

Ucnoqta.az xəbər verir ki, 14 iyun - Ümumdünya Qan Donoru Gününə həsr edilən aksiya Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.

Aksiyada DGK Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalı Qan bankı şöbəsinin rəisi Gülnar Xəlilova həssas insanlar qrupu üçün donor qanının həyati məsələ olduğunu vurğulayıb və bu nəcib təşəbbüsə qoşulan gömrükçülərə minnətdarlıqlarını bildiriblər. 

Qanvermə aksiyası zamanı Mərkəzi Qan Bankının tibb briqadasının həkim-hematoloqları hər bir donorun sağlamlıq durumunu qiymətləndirdikdən sonra onlardan qan götürüblər. Donorlar bu cür aksiyaların keçirilməsini təqdir edib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.

Aksiyada Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Əməliyyat və İstintaq Baş İdarəsi, Sumqayıt Baş Gömrük İdarəsi, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi, Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidməti və Mərkəzi Gömrük Hospitalının əməkdaşları olmaqla, ümumilikdə 100 nəfərdən çox gömrükçü qan verib. 

Tarix
13 İyun 2022 [16:50]
Müəllif
Üç nöqtə
2022-06-13 16:50:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin