"Formula 1"in kuboku Şuşaya həsr olunub - FOTO

09:06 - 12 İyun 2022 - Xəbər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibinə veriləcək kubok təqdim olunub.

Ucnoqta.az xəbər verir ki, yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovusması və "Şuşa ili" ilə əlaqədar şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir.

Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır.

Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış 4 kubokun üzərində mövcuddur. Qran-prinin rəsmi mükafatı həmçinin Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın yaranmasının 270-ci ildönümünə həsr olunub. Kubok bu gün final yarışından sonra qaliblərə veriləcək.


Xəbər xətti