11 yaşlı leykoz xəstəsi Sadiqin köməyə ehtiyacı var

12:22 - 9 İyun 2022 - Leykoz

11 yaşlı Sadiqin sizin köməyinizə ehtiyacı var.

Bu barədə onun anası Əhmədzadə Zabitə məlumat verib.
O bildirib ki, oğlu üç ildir, kəskin leykozdan əziyyət çəkir və artıq yerimə qabiliyyətini itirib:

“Hazırda övladımın yeriyə bilməsi üçün bizə özəl klinikaların birində ümid verilib. Qeyd edilib ki, “carrierbike” cihazı onun ayağa qalxmasına kömək olacaq. Bu cihaz isə beş min manatadır. Uzun müddətdir, bu xəstəliklə mübarizə apardığımız üçün artıq maddi olaraq gücümüz qalmayıb”.

 

Xəbər xətti