Rusiyanın 36 milyon dollarlıq helikopteri vuruldu - FOTO

17:20 - 30 May 2022 - DÜNYA

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus “Mi-35MS” helikopterini məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk məlumat verib.
Qeyd olunur ki, Rusiya ordusunun arsenalında olan “Mi-35MS” helikopteri yüksək rütbəli hərbi komandanlığın daşınması üçün nəzərdə tutulub.

Hələlik helikopterin hansı istiqamətdə vurulması və hadisə nəticəsində neçə nəfərin öldüyü barədə məlumat verilmir.

2017-ci ilin yanvar ayına olan məlumata görə, Rusiyada 120-dən çox Mi35-M helikopteri var idi. 2013-cü ildə belə bir helikopterin dəyəri 36 milyon dollara qədər idi.


Xəbər xətti