Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək.
Bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Belə ki, Mərkəzi Banka yeni sədrin təyin edilməsinin ardınca qurumun İdarə Heyətinin yenidən formalaşdırılacağı gözlənilir.
İdarə Heyətinin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb.
Belə ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.///unikal
Tarix
28 May 2022 [12:46]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin