Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib

İspaniyanın Barselona məhkəməsi məşhur müğənni Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Kataloniya bölgəsinin Ali Məhkəməsinin press-relizində bildirilib.

Məlumata görə, 45 yaşlı müğənni 2012-2014-cü illər arasında İspaniyada vergi rezidenti olduğu müddətdə altı cinayət törətməkdə ittiham olunur. Şakira 14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Məhkəmənin qərarında icraata başlamaq üçün “kifayət qədər əsasların” olduğu vurğulanıb.

Bildirilib ki, qərar ötən il Şakiranın vəkillərinin vergi cinayətləri faktı ilə bağlı rəyə etirazına cavab olaraq qəbul olunub. İttiham tərəfinin fikrincə, müğənni İspaniyada vergiyə cəlb olunan vəsaitləri ofşor hesablara çıxarıb.

Tarix
26 May 2022 [17:09]
Müəllif
Üç nöqtə
2022-05-26 17:09:02
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin