"Barselona" Levandovski üçün "Bavariya"ya rəsmi təklif göndərib

23:24 - 23 May 2022 - İDMAN

İspaniya "Barselona"sı Almaniyanın "Bavariya" klubunda çıxış edən Robert Levandovski üçün rəsmi təklif göndərib.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi polşalı hücumçuya görə 37 milyon avro ödəməyə hazırdır.

Münhen klubu hələlik qarşı tərəfə cavab verməyib. 34 yaşlı forvardın özü də İspaniyaya yollanmaqda maraqlıdır.

Qeyd edək ki, geridə qalan mövsümdə "Bavariya"da 46 oyun keçirən Robert Levandovski 50 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti