Ukrayna ordusu ilk dəfə olaraq Rusiyanın 240 mm-lik "Zambaq" (Tülpan) özüyeriyən artilleriya sistemini məhv edib.
Ucnoqta.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Bu, təkcə bu müharibədə deyil, ümumilikdə müasir tarixdə bu sinifdən olan məhv edilən ilk sistemdir”, - məlumatda qeyd edilib.
Bildirilir ki, texnikanın yerinin dəqiqləşdirilməsi rusiyalı təbliğatçıların yaydıqları videolar sayəsində mümkün olub.
Tarix
22 May 2022 [15:57]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin