Şuşanın əsas küçələrindən birinə Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün adı verilib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” hesabında yazıb.
“Şuşanın mərkəzi küçələrindən birinə Atatürk adı verilib. Təşəkkürlər”, - diplomat sosial şəbəkə hesabında yazıb.
Şuşa’nın ana Caddelerinden birine “Atatürk Caddesi” adı verilmiştir. Teşekkürlerimizle pic.twitter.com/9pKBbarCXf — Cahit Bağcı (@cahitbagci) May 22, 2022