Şəkidə mikroavtobus məktəblini vurdu     
                    
                    
                    
                        
                                         
             
            23:12  -  21 May   2022 -  HADİSƏ
                    
                    
                                                                  
                                                  
                            
                            Şəkidə mikroavtobus məktəblini vurub.
"Qafqazinfo"nun məlumatına görə, hadisə bu gün axşam saatlarında, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəkinin Suçma kəndi ərazisindən keçən hissəsində baş verib.Belə ki, 1991-ci il təvəllüdlü Səməd Qurbanov idarə etdiyi "Ford" markalı mikroavtobusla 2010-cu il təvəllüdlü Elvin Məmmədlini vurub. Xəsarət alan 12 yaşlı Elvin Məmmədli Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, piyadanı vuran mikroavtobus Zaqatala-Bakı istiqamətində hərəkətdə olub.