Co Baydenin Rusiyaya girişi qadağan edildi

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ölkəyə girişi qadağan edilmiş 963 ABŞ vətəndaşının siyahısını dərc edib.

Siyahıda ABŞ Prezidenti Co Bayden, Vitse-prezident Kamala Harris, Dövlət katibi Entoni Blinken, Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey və daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi tərəfindən ölkəyə giriş qadağası elan edilmiş digər ABŞ rəsmilərinin daxil olduğu 963 nəfərin adı əlavə olunub.

Siyahıya həmçinin ABŞ Prezidentinin oğlu Hanter Baydenin, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi, Dövlət Departamentinin sözçüsü Ned Prays və Ağ Evin keçmiş nümayəndəsi Cen Psaki də daxil olmaqla, bir sıra ABŞ nazirləri və onların müavinləri daxildir.///apa

Tarix
21 May 2022 [18:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-21 18:42:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin