"Euronews" Şuşadakı “Xarıbülbül” festivalı barədə reportaj hazırlayıb

"Euronews" Şuşadakı V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı barədə reportaj hazırlayıb.

Reportaj telekanalın saytında və sosial şəbəkələrdəki hesablarında yayımlanıb.

Videomaterialda Heydər Əliyev Fondunun təşkil etdiyi festivalda müxtəlif ölkələrdən musiqiçilər və rəqs kollektivləri, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor kollektivlərinin iştirak etdiyi qeyd olunur.

Qeyd edək ki, Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan olunan “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub.///report

Tarix
17 May 2022 [20:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-05-17 20:38:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin