Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Hərəkətdə olan "Khazar" markalı minik maşınının idarəetmədən çıxması nəticəsində avtomobil yoldan çıxaraq su kanalına düşüb. Qəzada 4 nəfərin xəsarət aldığı bildirilir.
İlkin məlumata görə, qəzaya minik maşınının qarşısına it çıxması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.///apa
Tarix
17 May 2022 [17:00]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin