Benzema: "Qızıl top arzulayıram, ..."

11:50 - 16 May 2022 - İDMAN

Kərim Benzema Fransa Futbol İttifaqından mükafat almasına münasibət bildirib.

Ucnoqta.az xəbər verir ki, “Real”ın forvardı ölkə xaricində bu mövsümün ən yaxşı fransız oyunçusu seçilib.“Mən çox xoşbəxtəm, bu həmişə qürur mənbəyidir. Bu mükafatı qazanmaq çətindir, çox yaxşı oyunçular var.

Arzuladığım hücumçuya çevrildim? Məncə bəli. Statistika mənim üçün ən vacib şey deyil. Komandanın qol vurmasına kömək etməyə çalışıram.

Təbii ki, “Qızıl top”u arzulayıram, amma komandanın maraqlarını öz maraqlarımdan üstün tutsam, onu əldə edəcəm”, - deyə Benzema bildirib.

Xəbər xətti