Eduard Məmmədov 8-ci dəfə Dünya Kubokunun qalibi oldu - VİDEO

21:00 - 15 May 2022 - İDMAN

İdmançı Eduard Məmmədov bu gün Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə keçirilən çempionatda çıxış edib.

Ucnoqta.az Oxu.Az istinadən xəbər verir ki, “Ağ canavar” ləqəbli idmançımız turnirin qalibi olub.
O, dünya Kubokunda 63 kq çəki dərəcəsində “Master-klass”da üç döyüş keçirərək finalda Türkiyə idmançısı Sırma Ecvet üzərində qələbə qazanıb.

Qeyd edək ki, bununla da E.Məmmədova WAKO üzrə turnirin 8-ci dəfə qalibi olub.

Xəbər xətti