"Mançester Yunayted"in iki futbolçusu dava edib, məşq yarımçıq qalıb

14:10 - 14 May 2022 - İDMAN

İngiltərənin "Mançester Yunayted" klubunun bugünkü məşqi yarımçıq dayandırılıb.

"Report" "The Sun"a istinadən xəbər verir ki, buna "qırmızı şeytanlar"ın iki futbolçusunun hazırlıq prosesində dava etməsi səbəb olub.

Nəşr həmin şəxslərin adlarını açıqlamayıb.

İddiaya görə, oyunçular bir-birilərinə yumruqla hücum ediblər. Daha sonra komanda yoldaşları onları ayırmalı olub və bütün futbolçular paltərdəyişmə otağına göndərilib.

Qeyd edək ki, "Mançester Yunayted" son olaraq Premyer Liqanın XXXVI turunda "Brayton"a 0:4 hesabı ilə uduzub və UEFA Çempionlar Liqasında iştirak şansını itirib.

Xəbər xətti