Ombudsman Aparatının nümayəndələri hərbi hissəni ziyarət etdilər - FOTO

10:41 - 14 May 2022 - Cəmiyyət

Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, aparatın nümayəndələri N hərbi hissəsini ziyarət ediblər.

Nazirlikdən Ucnoqta.az-a verilən xəbərə görə, nümayəndə heyəti hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, yataqxana, əşya və ərzaq anbarları, yeməkxana, eləcə də inzibati otaqlara baxış keçirib.

İnsan hüquqlarının qorunması, həmçinin hərbi qulluqçuların hüquqlarının təmin edilməsi və digər mövzularda maarifləndirici söhbətlər aparılıb.

Ombudsman Aparatının nümayəndələri hərbi hissədə yaradılan şəraiti, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.

 


Xəbər xətti