“Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik” - Tahir Əmiraslanov

"Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir."

Ucnoqta.az xəbər verir ki, bunu Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad edilən Tahir Əmiraslanov deyib. Tahir Əmiraslanov bildirib ki, Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Dövlət Turizm Agentliyinin səlahiyyətinə aiddir.

“Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin Prezidentidir və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram.

Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram.

Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var. Müqavilə 2019-cu ildə yenilənmişdi.

Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiasiya müqaviləni dəstəkləyir.

Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik”, - o vurğulayıb.

Tarix
13 May 2022 [13:35]
Müəllif
Üç nöqtə
2022-05-13 13:35:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin