Minaya düşən FHN əməkdaşı gözlərini itirdi - FOTO (YENİLƏNİB)

Ağdamda minaya düşən FHN əməkdaşı ağır xəsarətlər alıb.

Xəstəxanaya yerləşdirilən FHN əməkdaşı Süleyman Heydərovun vəziyyəti ağır qiymətləndirilir.

Belə ki, onun sağ qolu amputasiya olunub. Partlayışın təsirindən S. Heydərov hər iki gözünü itirib.

Bundan başqa, S. Heydərovun üz və bədəninin digər nahiyələrində də xəsarətlər var.///lent.az

12:39

Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi, kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.


Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

***

İşğaldan azad olunan ərazidə mina partlaması nəticəsində daha bir nəfər xəsarət alıb.

Hadisə Ağdamın Baş Qərvənd kəndi ərazisində baş verib. Məlumata görə, mina partlaması nəticəsində xəsarət alan şəxs Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşıdır. Kapitan Süleyman Heydərovun qolundan ağır xəsarət alaraq hospitala yerləşdirildiyi bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, FHN-in kapitanı Süleyman Heydərovun rayonun Baş Qərvənd kəndi ərazisində xidməti fəaliyyəti zamanı minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix
13 May 2022 [17:39]
Müəllif
Üç nöqtə
2022-05-13 17:39:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin