Bu gün Xalq artisti Səid Rüstəmovun doğum günüdür

Bu gün Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmovun doğum günüdür.

O, 12 may 1907-ci il tarixində İrəvanda dünyaya göz açıb.
Qeyd edək ki, S.Rüstəmov “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyalarının və bir çox mahnıların (“Oxu tar”, “Qurban adına”, “Həkim qız”, “Oxu, gözəl” və s.) müəllifidir.

S.Rüstəmov Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün dərs vəsaitləri yazıb.

O, 10 iyun 1983-cü ildə Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.///oxu.az

Tarix
12 May 2022 [16:33]
Müəllif
Üç nöqtə
2022-05-12 16:33:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin