Azərbaycanda kolbasa kəskin bahalaşdı - VİDEO

Mağazalarda kolbasa və sosislərin qiymətləri kəskin artıb. Alıcılar qiymət artımının birdən-birə bu qədər yüksək olmasından narazıdırlar. Hətta bahalaşmanın 50 faizə qədər olduğu deyilir. Söhbət yerli istehsal məhsullarından gedir. Ancaq maraqlısı odur ki, bizdə ətin qiyməti o qədər bahalaşmayıb. Bəs nədir bu qiymət artımına səbəb? Bazarda süni qiymət artımı varmı? 

Son aylar ərzində kolbasa və sosisin qiyməti kəskin artıb. Alıcılar bildirirlər ki, bahalaşma xüsusilə yerli məhsulların qiymətində özünü göstərir. Onların sözlərinə görə, qiymətlər stabil deyil, artıq vəziyyət o həddə çatıb ki, hər alış-veriş edərkən yüksəlmiş yeni qiymətlərlə qarşılaşırlar..

Satıcılar isə deyirlər ki, yeni qiymətləri onlar deyil, firmalar müəyyən edir. Mağaza müdiri Məhəmməd Məmmədovun sözlərinə görə, təkcə son bir ayda qiymət 15%-ə yaxın artıb.

Son bir ildə Azərbaycanda ət məhsullarının qiymətinin kəskin artmadığını nəzərə alsaq, kolbasa və sosislərin bu qədər bahalaşmasına səbəb nədir? İqtisadçı ekspert Xalid Kərimli deyir ki, əsas səbəb hazırda dünya ərzaq bazarında baş verən bahalaşmadır. Dünya ərzaq bazarında aprel ayında ət məhsullarının qiyməti 90-cı illərdən bəri rekord qiymətə qalxıb.

Bundan başqa, bazarda qiyməti formalaşdıran amillərdən biri də eyni növ məhsulların idxalıdır. Hazırda Rusiya-Ukrayna müharibəsi də qiymətləri artıran faktorlardan biridir. Ekspert deyir ki, Azərbaycana ət məhsullarının idxal edildiyi ən böyük ölkələr Ukrayna və Rusiya idi.

Ekspertin sözlərinə görə, bazarlarda süni qiymət artımından söhbət gedə bilməz. Çünkü yerli bazar rəqabətlidir və qiymətlər daha çox bazar şərtləri əsasında formalaşır.

Tarix
12 May 2022 [08:11]
Müəllif
Üç nöqtə
2022-05-12 08:11:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin