Benzinin ən ucuz və baha olduğu ölkələr

07:59 - 7 May 2022 - İQTİSADİYYAT

Bu ay benzinin dünya üzrə orta qiyməti 1,33 ABŞ dolları olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Ria Novosti“ məlumat yayıb. Yanacağın ən baha olduğu ərazilər sırasında ilk yerlərdə Honkonq və Norveç gəlir.

Burda benzinin 1 litrinin qiyməti müvafiq olaraq 2,78 və 2,41 dollardır. Ucuz yanacağa gəldikdə isə, 1 litr benzin Əlcəzairdə 0,32, Küveytdə 0,34 dollardır.

Bundan başqa, Venesuela, Livan, İran və İraqda yanacaq qiymətlərindəı böyük ucuzlama baş verib. Bir müddət əvvəl Venesuelada yanacağın 1 litrinin qiyməti 2 sentə enmişdi. Lakin bu, iqtisadi proseslər nəticəsində baş verməyib.///apa

Xəbər xətti