Azərbaycanda qadın sürücü "parkovşik"i döydü - VİDEO

11:52 - 6 Aprel 2022 - HADİSƏ

Sumqayıtda parklanma nəzarətçisi döyülüb.

Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, hadisə aprelin 5-i "Karvan" ticarət mərkəzinin qarşısında qeydə alınıb. Ad soyadı hələlik bilinməyən qadın sürücü avtomobildən düşərək ərazidə çalışan parklanma nəzarətçisini döyüb.

Hadisə anı ətrafda olanlar tərəfindən telefon vasitəsilə lentə alınıb.

Hüquq-müahfizə orqanlarından Lent.az-a bildirilib ki, hadisə ilə əlaqədar həmin nəzarətçi polisə dəvət olunacaq. Əgər o, şikayətçi olarsa həmin qadın da polisə dəvət olunacaq və barəsində müvafiq tədbir görüləcək.

Xəbər xətti