Partlayış baş verən gecə klubundan görüntülər - VİDEO

09:34 - 3 Aprel 2022 - HADİSƏ

Xəbər verdiyimiz kimi 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.
Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.
Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.
Hadisə yerindən görüntüləri təqdim edirik:

Xəbər xətti