Ukrayna ordusunun Xarkovdakı qərargahı “İskəndər”lə vuruldu, 100-dən çox ölü var - VİDEO

23:16 - 2 Aprel 2022 - DÜNYA

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Xarkovdakı qərargahına endirilən zərbənin videosunu yayıb.

Ucnoqta.az xəbər verir ki, videoda raketin hədəfə dəydiyi an əks olunub.
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, qərargah “İskəndər” operativ-taktiki kompleksindən açılan atəşlə məhv edilib. Zərbə nəticəsində yüzdən çox Ukrayna hərbçisi ölüb.


​///apa

Xəbər xətti