Rus hərbçilər jurnalistləri top atəşinə tutdular - Video

22:34 - 17 Mart 2022 - HADİSƏ

Ukraynada vəzifə başında olan media nümayəndələri rusların top atışının hədəfi olub.

Təchizatları zərər görən televiziya komandası o anları telefonun yaddaşına köçürüblər.
Çexiyaya məxsus rusca yayımlanan “Current Time”ın müxbir və operatorları Kiyevdə ölümdən dönüblər. Onlar iş başında olarkən rusların ardıcıl hücumlarına məruz qalıblar.

Məlumata görə, onlar hadisə zamanı xəsarət almayıblar.

Xəbər xətti