Töhmət verilən müəllim Təhsil Nazirliyinin qərarından NARAZIDIR - VİDEO

Təhsil Nazirliyinin töhmət verdiyi müəllim ona qarşı haqsızlıq edildiyini iddia edir.

Təhsil Nazirliyi tərəfindən töhmət alan Nərgiz İsmayılova baş vermiş hadisənin təfərrüatını ''Xəzər Xəbər''ə danışıb.

Sosial şəbəkələrdə yayılan və geniş müzakirələrə səbəb olan videoda dərs keçən 165 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Nərgiz İsmayılova bildirib ki, həmin şagirdlərin sinifdə bundan əvvəl də etdiyi qeyri-etik davranışlarına görə əvvəlcədən məktəb rəhbərliyinə məlumat verilib.

Təhsil Nazirliyi tərəfindən verilən töhmətə özünü layiq görməyən Nərgiz İsmayılova iddia edir ki, videoda qeyd olunan, dərs zamanı baş verən bu hadisələrin çox hissəsindən xəbəri olmayıb.

25 ildən artıqdır  ki, coğrafiya fənnindən dərs dediyini qeyd edən Nərgiz İsmayılova həmin video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhətində problemlərin yarandığını deyib.

Nərgiz İsmayılova ona verilən töhmətin ləğv olunması üçün Təhsil Nazirliyinə müraciət etmək fikrində olduğunu da bildirib.

Tarix
27 Yanvar 2022 [22:30]
Müəllif
Üç nöqtə
2022-01-27 22:30:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin