Azərbaycanlılar "8-ci kilometr" bazarında atışdı - 12 milyon pul və...

Rusiyanın Kamçatka vilayətinin Petropavlovsk-Kamçatsk şəhərində Moskvadan gələn azərbaycanlı reketlər həbs edilib.

Ucnoqta.az lent.az-a istinadən bildirir ki, onlar “8-ci kilometr” bazarı adlanan ərazidə azərbaycanlı iş adamlarına haqq tələb etməkdə ittiham olunurlar. Məlumata görə, Moskvadan gələn azərbaycanlılar öz həmyerlilərindən 12 milyon rubl (259 min 200 manat) tələb ediblər. Amma bununla razılaşmayan azərbaycanlı iş adamları ilə reketlər arasında silahlı qarşıdurma olub.

Hadisə yerinə polis və OMON dəstəsi gəlib.

Nəticədə reketlər barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

 

Tarix
27 Yanvar 2022 [10:36]
Müəllif
Üç nöqtə
2022-01-27 10:36:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin