Salyanda iki qadın dəm qazından zəhərlənib

19:38 - 26 Yanvar 2022 - HADİSƏ

Salyan sakinləri dəm qazından zəhərlənib. “Report”un məlumatına görə, hadisə rayonun “MTS” adlanan yaşayış massivində qeydə alınıb. Belə ki, həmin massivdə yaşayan, 1952-ci il təvəllüdlü Qasımova Sevil Əliağa qızı və 1968-ci il təvəllüdlü Sadıqova Sevinc Əlihüseyn qızı evdə dəm qazından zəhərlənib. Hər iki qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti