Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Qia Bayramaşvilinin idarə etdiyi “Opel” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi sübuta yetirilib.
Q.Bayramaşvili barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.
Tarix
24 Yanvar 2022 [16:15]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin