Gürcüstanlı olimpiya çempionu vəfat etdi

16:12 - 23 Yanvar 2022 - İDMAN

Kamandan oxatma üzrə gürcüstanlı olimpiya çempionu Ketevan Losaberidze dünyasını dəyişib.

"Report" Gürcüstan Olimpiya Komitəsinin rəsmi saytna istinadən xəbər verir ki, veteran idmançı 72 yaşında vəfat edib. Ölümün səbəbi açıqlanmayıb.

Ketevan Losaberidze 1980-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş Yay Olimpiya Oyunlarının qalibi olub. Onun aktivində iki dünya və dörd Avropa çempionluğu da var.

Losaberidze karyerasını başa vurduqdan sonra Tbilisi Dövlət Universitetində riyaziyyat professoru vəzifəsində çalışıb, 2002 - 2005-ci illərdə isə Gürcüstan Kamandan Oxatma Federasiyasına rəhbərlik edib.

Xəbər xətti