Goranboyda ağır yol qəzası olub - ölənlər və yaralananlar var

13:42 - 23 Yanvar 2022 - HADİSƏ

Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbə yolunda baş verib.

Qəza nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya aparılıblar. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xəbər xətti