COVID-19-a görə təyyarə ekipajı üçün qoyulan tələblər dəyişdirildi

17:00 - 22 Yanvar 2022 - Xəbər

Azərbaycanda koronavirusla əlaqədar təyyarələrin işçi heyəti üçün qoyulan tələblər dəyişdirilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, təyyarə ekipajında xəstəlik əlaməti olan işçidə laborator üsulla COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Dəyişikliyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalı idi.

Xəbər xətti