Koronavirus kişilərdə impotensiya yaradır?

Koronavirusa qarşı peyvənddən imtina edilməsi kişilərin səhhətində ciddi problemlərə səbəb ola bilər.

Bu barədə “American Journal of Epidemiology” nəşri məlumat yayıb.

Elmi jurnalda dərc edilən məqalədə bildirilib ki, SARS-CoV-2 koronavirusu vaksinasiyadan keçməyən kişilərdə potensiyanın qısamüddətli azalmasına səbəb ola bilər. Lakin peyvənd olunmuş şəxslərdə belə hallar müşahidə edilmir.

Bundan əlavə, mütəxəssislər peyvəndin ana olmağı planlaşdıran qadınlara heç bir mənfi təsir göstərmədiyini qeyd edərək, vaksinin deyil, yalnız koronavirusun sağlamlıq üçün təhlükə yaratdığını vurğulayıblar.///oxu.az

Tarix
22 Yanvar 2022 [10:37]
Müəllif
Üç nöqtə
2022-01-22 10:37:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin