"Barselona" bu futbolçunu komandadan qovdu

15:15 - 20 Yanvar 2022 - İDMAN

İspaniyanın "Barselona" komandasının futbolçusu Usman Dembele transferə çıxarılıb.

Bu barədə klubun idman direktoru Matteu Alemani açıqlama verib.
O, fransalı hücumçunun heyətdə qalmaq istəmədiyini bildirib: "Dembele bizim layihənin bir hissəsi olmağı arzulamır. Buna görə də dərhal getməsini tələb etdik. Usmanın yanvarın 31-dək satılacağını gözləyirik".

Qeyd edək ki, Usman Dembelenin "Barselona" ilə hazırkı müqaviləsi iyunun 30-dək nəzərdə tutulub. O, klubun təklif etdiyi yeni sözləşmə şərtləri ilə razılaşmayıb. Bu mövsüm La Liqada 6 oyuna çıxan 24 yaşlı forvard 2 məhsuldar ötürmə ilə yadda qalıb. Dembele 2016-cı ildən Fransa yığmasına çağırılır.///report

Xəbər xətti