Türkiyə klubu Mahir Emreli üçün “Legiya”ya təklif göndərib - FOTO

Azərbaycan millisinin və Polşanın “Legiya” klubunun futbolçusu Mahir Emreli Türkiyənin “Sivaspor” klubunun maraq dairəsindədir.

Bu barədə türkiyəli idman jurnalisti Ertan Süzgün məlumat verib.
Onun sözlərinə görə, artıq Varşava təmsilçisinə 25 yaşlı hücumçu ilə bağlı rəsmi təklif də göndərilib.

Qeyd edək ki, hazırda Polşa komandasi ilə Emreli arasında hüquqi mübahisə yaranıb. Belə ki, forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin