“KamAZ” minik avtomobili ilə toqquşdu - ölən var

15:08 - 17 Yanvar 2022 - HADİSƏ

Xızı rayonunda yük maşını ilə minik avtomobilləri toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, yanvarın 15-də saat 22 radələrində rayonun Giləzi qəsəbəsi ərazisində Füzuli rayon sakini E.Hüseynovun idarə etdiyi “KamAZ” və Salyan rayon sakini Rövşən Cavadovun idarə etdiyi “NAZ Lifan” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən R.Cavadov orada ölüb.

DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti