Üç həftəlik körpə koronadan vəfat etdi

Qətərdə 3 həftəlik körpə COVİD-19-dan dünyasını dəyişib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS Qətər Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Agentliyin açıqlamasında bildirilir ki, üç həftəlik körpə COVID-19 ilə əlaqəli ağır infeksiyadan ölüb. Səhiyyə Nazirliyi körpənin başqa xəstəlikləri, o cümlədən irsi xəstəlikləri olmadığını bildirib.

Qeyd olunur ki, bu, Qətərdə pandemiya başlayandan bəri koronavirusdan ölən ikinci uşaqdır.

Səhiyyə Nazirliyi hamilə qadınlar da daxil olmaqla hər kəsi dərhal virusa qarşı tam peyvənddən keçməyə - ölkədə təsdiqlənmiş hər hansı dərman vasitəsi ilə üç peyvənd almağa çağırıb.

Tarix
17 Yanvar 2022 [12:30]
Müəllif
Üç nöqtə
2022-01-17 12:30:56
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin