Zaqatalada 5 otaqlı ev yanıb - FOTO

Zaqatalada 5 otaqlı fərdi yaşayış evi yanıb.

Yanğın hadisəsi bu gün axşam saatlarında rayonun Danaçı kəndində, kənd sakini Elşən Nurullah oğlu İsmayılova məxsus, ümumi sahəsi 230 kv/m olan kürsülü birmərtəbəli beş otaqdan ibarət evdə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. İlkin məlumata görə, yanğın məhdudlaşdırılıb, evin dam örtüyü tam yanıb. Hazırda yanğının tam söndürülməsi prosesi gedir.

Faktla bağlı araşdırma aparılır.///apa

Tarix
16 Yanvar 2022 [22:25]
Müəllif
Üç nöqtə
2022-01-16 22:25:50
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin